Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Senzor.az kazinform-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
**09:37
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcək.
Senzor.az bildirir ki, səfər zamanı iki ölkə liderlərinin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.
Danışıqların gündəliyinə ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığına aid məsələlərin müzakirəsi daxildir.
Danışıqlardan sonra bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl Tokayev avqustun 19-da Soçiyə işgüzar səfər edib. O, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.