Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçki qərargahına qəfil baxış keçirib və gələcək seçkilərə hərtərəfli hazırlığa başlamağı tapşırıb.
Bu barədə “Yeni Şafak” nəşri məlumat yayıb.
“Prezident Rəcəb Tayyib Ərdoğan seçkiqabağı gözlənilməz toplantı keçirərək, 2023-cü il seçkilərində qərargahının “nəbzini yoxlayıb”. Ərdoğan seçkiqabağı dövrün hazırlanmasının məzmunu və üsulu ilə bağlı qərargahından rəylər alıb”, - deyə nəşr bildirib.
Eyni zamanda, qərargah nümayəndələri seçkiqabağı işlərlə bağlı fikirlərini bildiriblər. Ərdoğan öz növbəsində qərargah nümayəndələrinin gələcək kampaniya ilə bağlı rəy və şərhlərini nəzərə alıb.
Qeyd edək ki, R.T. Ərdoğan 2014-cü ildə Türkiyə prezident seçkilərində qalib gəlib. 2018-ci ildə Türkiyədə keçirilən növbədənkənar seçkilərdə də prezident seçilib.
Onu da xatırladaq ki, Türkiyədə növbəti prezident seçkiləri gələn il iyunun 18-də keçiriləcək.