Laçında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadaları fəaliyyət göstərməyə başlayıb.
Senzor.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusu hərbi qulluqçularının sağlamlıqlarının nəzarətdə saxlanılması üçün TƏBİB-ə müraciət edib.
Müraciət əsasında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) Stansiyasının “113” dispetçer mərkəzinin və Xocavənd Rayon Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarından ibarət iki TTTY həkim briqadası Laçında fəaliyyət göstərməyə başlayıb.