“Yeri gəlmişkən, Azərbaycandakı, faktiki olaraq, Paşinyana elektratlıq edən qaragüruh toplusu da eynilə rəsmi İrəvan kimi davranır”.
Senzor.az bildirir ki, məşhur jurnalist, “REAL” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev bunu REAL TV-də müəllifi və aparıcısı olduğu “Mir Şahinin vaxtı” verilişinin avqustun 27-də efirə gedən buraxılışında bəyan edib.
REAL TV rəhbəri daha sonra deyib: “Bizdəki qaragüruhun əsas gövdəsi obrazına iddia edən şəxsin çıxışlarını analiz edək. Müxtəlif vaxtlarda biz ondan və onun cəhəngdaşlarından sonradan qorumağa cəsarətləri və dəyanətləri çatmayan bəyanatlar eşitmişik. Məsələn, biz yaxşı xatırlayırıq ki, 2020 ci ilin sentyabr ayınadək bu qüvvələr Prezident İlham Əliyevin heç vaxt müharibəyə başlamayacağını, Qarabağı azad etməyəcəiyini necə iddia edirdilər.
Qarabağ artıq azad edilib. Son akkordlar vurulur. Bax belə. Qaragüruhun isə ən böyük problemi fakta yox, kinə hesablamaq, olanı yox, arzu etdiklərini cəmiyyətə aşılamağa çalışmaqdır. Məsələn, müharibə ərəfəsində mümkün hərbi əməliyyatlarda istifadə olunma ehtimalı ilə PİKAP maşınlarının tədarük edilməsi ətrafında baş verən ağzıgöyçəklikləri xatırlayaq. Yadımıza salaq, əslində yəqin ki, hərbi sirr sayıla biləcək bir mövzu ətrafında təhlükəli manevrlər edirdilər.
Bu çıxışlar əslində bilirsiz nə demək idi? Qarşı tərəfi duyuq salmaq! Bir tərəfdən erməni kəşfiyyatına məlumat çatdırmaq ki, “ey, kimsən orda, açma qapını! Gəlirik səni öldürək!” Yəni belə bir niyyət var! Yeri gəlmişkən, bunların oxşar davranışlarını biz bu il “Qisas” əməliyyatı ərəfəsində də gördük. Hər vəchlə sanki Ermənistanı məlumatlandırırdılar ki, Azərbaycan müharibəyə başlayacaq, təkər daşıyan yük maşınlarından tutmuş ərzaq tədarükü görən xüsusi avtomobillərin təsvirlərinin çəkilib sosial şəbəkələrdə, öz internet resurslarında göstərməyədək.
44 günlük savaş zamanı isə guya dövlətlə birlikdə olmuşdular. Amma az sonra iç üzlərini açdılar. Prezidenti müharibəni nahaq dayandırmaqda günahlandırdılar. Bu günədək qələbəni aşaılamaq, zəfəri xalqın gözündən salmaq istiqamətində çalışırlar. Elə Laçın da qaragüryhun sevimli nağıllarından biri idi. Yadımıza salaq? Son günlər demək olar ki, efir bestsellerinə çevrilmiş bu rüsvayçı çıxışı biz də nümayiş etdirək.
Adam çıxarıb gözünə soxmaq istəyir belə nankorların lap elə bu raportu!
Üslüb eynidir, xanımlar və cənablar. Onlar Paşinyanla eyni təfəkkürü bölüşürlər”.
Senzor.az