İran hakimiyyəti avqustun 28-də yeni "Kruz Ababil" pilotsuz uçan aparatını (PUA), həmçinin "Şəhid Süleymani" hava hücumundan müdafiə sistemini təqdim edib.
Senzor.az bildirir ki, məlumatı İran KİV-i yayıb.
Qeyd olunub ki, pilotsuz uçuş aparatı iranlı mütəxəssislər tərəfindən hazırlanıb, optik alətlərlə təchiz edilib və sonradan dəqiq məhv edilməsi üçün hədəfləri aşkar etməyə qadirdir.
"Şəhid Süleymani" sistemi isə aşağı hündürlükdə hərəkət edən hədəflər üçün nəzərdə tutulub.