Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq.
Modern.az-ın əldə etdiyi məlumata görə, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.
Onun tezliklə Fransada diplomatik xidmətə başlayacağı gözlənilir.
Qeyd edək ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsində çalışıb.
XİN-in mətbuat katibi vəzifəsi isə Ayxan Hacızadəyə həvalə edilib.
O, bundan əvvəl Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri vəzifəsində işləyib.
Ayxan Hacızadə