Paşinyan Ermənistanın prioritetlərini açıqladı
“BİRİNCİSİ - SÜLHDÜR”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi üçün 3 əsas prioritet sahənin adını çəkib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, bu barədə Yay Məktəbinin iştirakçıları qarşısında çıxış edərkən danışıb.

 

“Məndən soruşsanız ki, yaxın gələcəkdə Ermənistan üçün nəyi prioritet hesab edirəm, 3 əsas istiqaməti qeyd edərdim: birincisi sülh, ikincisi təhsil, üçüncüsü ordu. Elə görünə bilər ki, birinci və üçüncü bir-biri ilə ziddiyyət təşkil edir, amma əslində bu belə deyil, çünki biz hökumətin proqramında də vurğulamışıq ki, Ermənistana güclü ordu təcavüzkar hərəkətlər üçün yox, ölkənin suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün lazımdır”, - deyə baş nazir vurğulayıb.

 

O, eyni zamanda Ermənistan üçün təhsilin həm sülh, həm də ordu və təhlükəsizlik kontekstində mərkəzi əhəmiyyət daşıdığını qeyd edərək, hökumətin “təhsil sahəsində çox böyük islahatlar” apardığını bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.