Zelenski generalları yenə Ali Baş Komandanın qərargahına topladı – HƏFTƏ ƏRZİNDƏ İKİNCİ KRİTİK İCLAS

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftə Ali Baş Komandanın Qərargahının ikinci iclasını keçirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, müharibənin 191-ci gününün sonunda videomüraciətində məlumat verib.

 

Dövlət başçısı qeyd edib ki, müəyyən qərarlar verilib və onları hər kəs “görəcək” 

 

"Bu gün mən bu həftə Ali Baş Komandanın Qərargahının növbəti iclasını keçirdim. Həmişə olduğu kimi burada da müdafiə və təhlükəsizlik sektorunun rəhbərləri iştirak edirdilər: Zalujnı, Monastırski, Budanov, Malyuk, Danilov və başqaları. Əməliyyat bölgələrinin  komandirləri - Sırski, Litvinov, Kovalçuk məlumat verdilər. Yəqin hamınız əsas məsələlərin nə olduğunu başa düşürsünüz. Müəyyən qərarlar da qəbul edilib. Düşünürəm ki, biz onların hamısını görəcəyik”, - deyə Zelenski bildirib.

 

Onun sözlərinə görə, iclasda Ukrayna Silahlı Qüvvələrinə hərbi təminat, hərtərəfli dəstək məsələlərinə də baxılıb.

 

Xatırladaq ki, bir müddət əvvəl Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Ukraynaya əks-hücum və qələbə üçün hansı növ silahların lazım olduğunu bəyan etmişdi. Ukrayna sentyabrın 8-də Ramşteyn formatında keçiriləcək beşinci görüşdə Qərb müttəfiqlərinə lazım olan hər şeyin siyahısını təqdim edəcək.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.