İki "Bayraktar" Pilotsuz Uçuş Aparatı (PUA) üç gün ərzində rusların təxminən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı "Telegram"da məlumat yayıb.
"Avqustun 31-dən sentyabrın 2-dək iki "Bayraktar TB-2" PUA-sı düşmənin təxminən 26,5 milyon dollar dəyərində texnikasını məhv etdi. Bunlar 8 ədəd T-72 tankı (birinin təxmini dəyəri 3 milyon dollar), "Akasiya" özüyeriyən artileriya qurğusu (1,6 milyon dollar), piyada döyüş maşınları (0,6 milyon dollar) və haubitsalardır (0,3 milyon dollar)", - Zalujnı yazıb.
Həmçinin Ukrayna rəsmisinin sözlərinə görə, beş T-72 tankı və bir piyada döyüş maşını da zədələnib.
“Məhv edilmiş və zədələnmiş Rusiya texnikasının ümumi dəyəri 28,35 milyon dollar təşkil edir”, - Zalujnı fikirlərinə əlavə edib.