Çexiyada on minlərlə insan hökumətə qarşı etirazlara qalxdı
RUSİYA VƏ UKRAYNA İLƏ BAĞLI FƏRQLİ ÇAĞIRIŞLAR

Çexiyanın paytaxtı Praqanın Vatslav meydanında Baş nazir Petr Fiala hökumətinin istefası tələbi ilə etiraz aksiyası keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkənin siyasi qurumları və qeyri-hökumət təşkilatlarının çağırışı ilə on minlərlə insan paytaxtın ən böyük meydanlarından birinə toplaşıb.

 

"Bütün Vatslav Meydanı hökumətin istefasını tələb edir! Biz mitinq iştirakçıları, əleyhimizə işləyən hazırkı Kabinetin istefasını tələb edəcəyik", - aksiya iştirakçılarından biri deyib.

 

Etirazçıların tələbləri arasında Ukraynaya silah tədarükünün dayandırılması, Rusiyaya qarşı sanksiyaların ləğvi, qazın aşağı qiymətlərlə tədarükü üçün müqavilələrin bağlanması və digər məsələlər də yer alıb.

 

Etirazlarda hökumətin istefaya getməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı çağırışlar da olub.

 

Baş nazir Petr Fiala isə nümayişə cavab olaraq Çexiyada Rusiyayönlü dezinformasiya kampaniyasının getdiyini və bəzi insanların buna uyduğunu bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.