Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.
“Prezidentin səfəri sentyabrın 17-dən 22-dək nəzərdə tutulur”, - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Səmərqəndə gedəcəyi gözlənilir. Onun Özbəkistana səfəri sentyabrın 15-dən 16-a kimi nəzərdə tutulub.