Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) genişləndirilmiş iclası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclasda TŞ üzvlərindən başqa, ölkə prezidenti Vaaqn Xaçaturyan, Qarabağ separatçılarının başçısı Araik Arutyunyan, parlamentin spikeri Alen Simonyan, baş nazirin Aparat rəhbəri Arayik Arutyunyan, parlamentin vitse-spikeri Ruben Rubinyan, “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan da iştirak ediblər.
İclasda Azərbaycanın Ermənistanla sərhəddə təxribatlara cavab olaraq həyata keçirdiyi hərbi əməliyyat və onun nəticəsində yaranmış vəziyyət, o cümlədən Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması istiqamətində görüləcək addımlar müzakirə edilib.
Eyni zamanda, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.