Nensi Pelosi bu gün İrəvana gəlir - PAŞİNYANLA GÖRÜŞƏCƏK

ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu gün Ermənistanda olacaq.

 

Senzor.az-ın məlumatına görə, Ermənistan hökumətindən yerli KİV-lərə bildirilib ki, Nensi Pelosinin baş nazir Nikol Paşinyan, eləcə də Nazirlər Kabinetinin digər üzvləri ilə görüşü gözlənilir.

 

Bu səfəri şərh edən erməni politoloq Suren Surenyantsun sözlərinə görə, rəsmi İrəvan Pelosinin gəlişinə böyük ümidlər bəsləyir. O, ABŞ rəsmisinin səfərindən maksimum istifadə etməyin vacibliyini vurğulayıb.

 

Politoloq Nensi Pelosinin İrəvana səfərinin Rusiyanı qıcıqlandıra biləcəyini də istisna etməyib.

 

"Ermənistanın Rusiya-Amerika qarşıdurması üçün yeni meydançaya çevrilə biləcəyi mümkündür", - deyə o əlavə edib.

Surenyants xatırladıb ki, Pelosi Konqresdə bir sıra ermənipərəst təşəbbüslərin müəllifidir.

 

Pelosinin səfəri kontekstində Vaşinqtondan hərbi dəstək gözlənməsinə gəlincə, politoloq hesab edir ki, ABŞ İrəvana hərbi-siyasi yardım etməyəcək, lakin siyasi dəstək verə bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.