Roma Papası Fransisk Ermənistan və Azərbaycanı atəşkəs razılaşmasına əməl etməyə çağırıb.
TASS bildirir ki, Roma Papası sərhəddə gərginliyin azaldılması üçün dialoqun vacibliyini vurğulayıb.
“Azərbaycan və Ermənistan arasında baş verən son toqquşmalarla bağlı xəbərlər məni çox sarsıtdı. Həlak olanların yaxınlarına mənəvi yaxınlığımı bildirirəm və tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıram. Onlar silahı yerə qoyub dialoqa başlayanda sülh mümkün olur”, - deyə Fransisk tərəflərə çağırış edib.