ABŞ Prezidenti Co Bayden Kraliça II Elizabetlə keçirilən vida mərasimində iştirak edib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, mərasimdə ABŞ Prezidenti ilə birlikdə onun həyat yoldaşı Cil və ABŞ-ın Böyük Britaniyadakı səfiri Ceyn Hartli də iştirak ediblər.
ABŞ Prezidenti və birinci xanım Vestminster sarayını ziyarət etdikdən sonra başsağlığı kitabına qeydlər ediblər.
Daha sonra isə ABŞ Prezidenti və xanımı III Çarlz ilə ziyafət üçün Bukingem Sarayına gediblər.