Sudanda dövlət çevrilişinə cəhd olub.
“Haber Global” bildirir ki, bu barədə Sudanın dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, bir qrup hərbçi ölkənin paytaxtı Hartumda hakimiyyəti ələ keçirmək istəyib.
Sudanın Təhlükəsizlik Şurasının sözçüsü Muhammed Əl Faki Süleyman durumun nəzarət altında olduğunu, cəhdin qarşısının alındığını bildirib.
“Report” xatırladır ki, 2018-ci il dekabrın 19-da etirazlara baxmayaraq, hakimiyyətə gələn Sudanın keçmiş Prezidenti Ömər əl-Bəşir 2019-cu ildə devrilmişdi.