Karapetyan konstitusiya dəyişikliyinə görə... PAŞİNYANI DEVİRMƏKLƏ HƏDƏLƏDİ

“Parlament müxalifətini yeni konstitusiyanın qəbuluna dair referendum layihəsini dəstəkləməyə məcbur etmək cəhdi Nikol Paşinyan hökumətinin devrilməsi ilə nəticələnə bilər”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu parlamentdəki müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan deyib.

 

O qeyd edib ki, referendumun keçirilməsinin məqsədəuyğunluğunu hakimiyyət və müxalifətin müzakirəsi üçün layihə Milli Məclisə təqdim olunacaq.

 

Narek Karapetyan iddia edib ki, müxalifət onun keçirilməsinə imkan verməyəcək.

 

Ermənistan Baş naziri Nikol Paşinyanın referendum layihəsini dəstəkləməsi üçün müxalifətə ictimai təzyiq göstərməklə hədələməsi barədə suala cavabında fraksiya rəhbəri qeyd edib: “Səsverməyə məcbur etmək konstitusiya quruluşunun devrilməsi deməkdir”.

 

Xatırladaq ki, Nikol Paşinyan oktyabr ayında yeni konstitusiyanın qəbul edilməsi məsələsində müxalifətin dəstəyini ictimai təzyiq vasitəsilə əldə edəcəyini bəyan etmişdi.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.