Ceyhun Bayramov Əli Kərimlidən danışdı

“Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir”.

 

Senzor.az bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadefulla birgə mətbuat konfransında “Politico” nəşrinin əməkdaşı Hans fon der Burxardın Əli Kərimlinin həbsinə dair sualına cavab verərkən deyib. 

 

Belə ki, “Politico”nun əməkdaşı Əli Kərimlinin həbsi və barəsində aparılan məhkəmə prosesi ilə bağlı Avropada səslənən narahatlıqlara toxunub. O, C.Bayramovdan bu narahatlıqları və məsələnin Azərbaycandakı investisiya mühitinə mümkün təsiri barədə xəbərdarlıqları necə qiymətləndirdiyini soruşub.

 

“Siz sualınızda müəyyən mənada onun cavabını da verirsiniz. Çünki siz deyirsiniz ki, hazırda onunla bağlı istintaq gedir, araşdırmalar aparılır və hər bir hüquqi dövlətdə olduğu kimi, hər bir şəxs öz etdiyi əməllərə görə qanun qarşısında bərabərdir, qanun qarşısında cavab verməlidir. Hazırda gedən hüquqi araşdırma Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilir. Nəticədə məhkəmənin yekun qərarı nədən ibarət olacaqsa, o da bütün suallara cavab verəcək”, - deyə nazir cavabında vurğulayıb.

 

Qeyd edək ki, Ə.Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham verilib. Onun işi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Onu da qeyd edək ki, Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə məhkəmənin ilk-hazırlıq iclası artıq keçirilib. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə reallaşan prosesdə ilkin dinləmələr keçirilib, təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib. İclasda ilkin dinləmələr zamanı müdafiə tərəfinin vəsatətləri müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. 

 

Bunlardan sonra hazırlıq iclası yekunlaşıb və hakim işin məhkəmə baxışına verildiyini elan edib. Əsas - baxış iclası noyabrın 13-nə təyin olunub.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.