![]()
Yeni Konstitusiyanın mətni dərc olunmazdan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciət edəcək.
Senzor.az bildirir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Yeri gəlmişkən, bu gün jurnalistlərlə söhbətində Ermənistan Milli Məclisi sədrinin müavini Vaqan Aleksanyan yeni Konstitusiya layihəsinin bir neçə gün ərzində ictimaiyyətə təqdim olunacağını deyib. Bununla belə, Aleksanyan dəqiq tarix açıqlamayıb.
“Formatla bağlı əlavə məlumat veriləcək. Əminəm ki, hər şey şəffaf olacaq”, - Aleksanyan qeyd edib.
Bundan əvvəl ədliyyə naziri Srbui Qalyan və Baş nazir Nikol Paşinyan yeni Konstitusiya layihəsinin noyabr ayında dərc olunacağını bildirmişdilər.