
Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərinə gedib.
Senzor.az bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilir ki, Rusiya lideri “Baoan” Beynəlxalq Hava Limanında qarşılanıb.
Qeyd edək ki, Putin 18 və 19 noyabr tarixlərində Şençjendə olacaq. Rusiyanın dövlət başçısı Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Trampla görüşəcək, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək. Yeri gəlmişkən, Putinin həm “CEO Sammiti”ndə (İcraçı Direktorlar Sammiti), həm də sammitin plenar iclasında çıxış etməsi, eləcə də müxtəlif protokol tədbirlərinə qatılması nəzərdə tutulub.
(Bax:https://www.youtube.com/watch?v=KBtnzi31Sws)