
BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçirilib.
TASS bildirir ki, tərəflər görüş zamanı Qarabağ məsələsini, həmçinin Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. Görüş təxminən bir saat davam edib.
Xatırladaq ki, BMT-nin 76-cı Baş Assambleyası sentyabrın 14-də qurumun mənzil-qərargahı olan Nyu-Yorkda start götürüb.