1992-ci ildə Krım-tatar xalqının Qurultayı Krım-tatar dilinin əlifbasında latın qrafikasına keçid haqqında qərar qəbul edib, lakin həmin qərar praktiki olaraq yerinə yetirilməyib.
AzərTAc xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin sentyabrın 22-də keçirilən iclasında Krım-tatar dilinin latın qrafikası əsasında əlifbası təsdiq edilib. 31 hərfdən ibarət olan bu əlifba Krım-tatar xalqının qurultayının 1991-1993-cü illərdə qəbul edilmiş qərarlarına əsaslanır.
Krım-tatar dilində təhsil prosesi 2025-ci il sentyabrın 1-dək latın qrafikasına keçiriləcək.