Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edildi - FOTO

Azərbaycanın Qarabağ ərazisindəki Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edilib.
 
Senzor.az bildirir ki, bu barədə erməni KİV-I məlumat yayıb.
 
Bildirilir ki, yeni komandan general-leytenant Gennadi Anaşkindir.
 
Ermənistanın Müdafiə Nazirliyində rusiyalı heyətlə keçirilən görüşdə Anaşkin qarşı tərəfə təqdim edilib.
 
Qeyd edək ki, Rus “sülhməramlı”larının yeni komandanı Gennadi Vladimiroviç Anaşkin 1968 -ci ildə Kuybışev (Samara) şəhərində anadan olub. İlk hərbi xidmətini Almaniyada keçirib
 
Keçmiş Yuqoslaviyada, həmçinin Bosniya və Herseqovinadakı sülhməramlı qüvvələrin tərkibində bir hava taboruna komandanlıq edib, 
 
Birinci və İkinci Çeçen müharibələrində və 2008 -ci ildə Cənubi Osetiyada hərbi əməliyyatlarda iştirak edib.
 
Onu da xatırladaq ki, Rüstəm Muradov Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı təyin edilib. Bu yaxınlarda o, missiyasını başa vurub. Bundan sonra qısa müddətə bu vəzifəyə general-mayor Mixail Kosobokov təyin olunmuşdu.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.