“Taliban” Tacikistanla sərhəddəki Taxar vilayətinə on minlərlə xüsusi təyinatlı yerləşdirib.
Axar.az xəbər verir ki, bunu öz Tvitter səhifəsində Əfqanıstanın İnformasiya naziri Zabiulla Mücahid yazıb.
Z. Mücahid xüsusi təyinatlıların bölgəyə “Mənsuri” adı verilən əməliyyatın reallaşdırılması üçün göndərildiyini bildirib. O, əməliyyatın potensial təhdidlərin ortadan qaldırılması üçün keçirildiyini xatırladıb.