İranın nüvə yanacağı istehsalı üçün materialların əldə edilməsində və Tehranın nüvə silahı yaratmaq proqramının sürətləndirilməsində Rusiyadan kömək istəyir.
Bu barədə ABŞ kəşfiyyatının adı açıqlanmayan rəsmisinin məlumatlarına istinadən CNN xəbər yayıb.
Kəşfiyyat məlumatlarına görə, İran Rusiya Federasiyasından əlavə nüvə materialları əldə etmək və nüvə yanacağı istehsalı üçün kömək istəyir: “Yanacaq potensial olaraq İranın nüvə silahı əldə etmə müddətini daha da qısalda bilər”.
Qeyd olunub ki, Moskvanın kömək etməyə razı olub-olmadığı məlum deyil.
CNN onu da bildirib ki, ABŞ Prezident Administrasiyası Moskva ilə Tehran arasında münasibətlərin mümkün inkişafını narahatlıqla izləyir.