
Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatı artıq baş tutub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Detalları açıqlamayan Baş nazir “Düşünürəm ki, şirkətlər özləri bunu elan edəcəklər”, - deyə vurğulayıb.
Xatırladaq ki, avqustun sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü ilə bağlı məlumatların açıqlanacağını bildirmişdi.