Əgər paytaxta elektrik enerjisi təchizatı tam dayanarsa, Kiyevdən 3 milyona yaxın insanın təxliyə edilməsi nəzərdən keçirilir.
“The New York Times” nəşri bildirir ki, bu barədə Kiyev administrasiyasının Təhlükəsizlik xidmətinin rəhbəri Roman Tkaçuk məlumat verib.
Onun sözlərinə görə, hazırda Kiyevdə elektrik enerjisi təchizatı sahəsində vəziyyət idarə edilən səviyyədədir. Amma paytaxtın elektrik enerjisinin tamamilə kəsilməsi halı da istisna edilmir.
O bildirib ki, belə bir hal baş verməmişdən 12 saat əvvəl səlahiyyətlilərə məlumat veriləcək: "Əgər iş bu yerə gələrsə, biz insanlara məlumat verməyə və onlardan getmələrini xahiş etməyə başlayacağıq".