Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclasda əsasən iqtisadi gündəm müzakirə olunacaq.
Bundan başqa, ölkənin xarici siyasəti ilə bağlı fikir mübadiləsi aparılacaq, eyni zamanda, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesindən danışılacaq.
Nazirlər Kabinetində, həmçinin Rusiya-Ukrayna müharibəsi və taxıl böhranının aradan qaldırılması üçün görülən işlərdən söz açılacaq.