Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çərşənbə axşamı İran İslam Respublikasına gedib.
Bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, Т.Patruşev Tehrana İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin dəvəti ilə rəsmi səfər edib.
Səfər çərçivəsində onun Şamxani ilə danışıqlardan əlavə, İranın yüksək rütbəli siyasi və iqtisadi xadimləri ilə ikitərəfli münasibətlərin və beynəlxalq arenada əməkdaşlığın inkişafı məsələlərini müzakirə etmək üçün görüşləri nəzərdə tutulub.
Agentliyin məlumatına görə, N.Patruşevi səfərdə Rusiya Federasiyasının müxtəlif iqtisadi qurumlarının rəsmiləri müşayiət edirlər.
Digər təfərrüatlar açıqlanmayıb.