Bu gün Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Birinci Zirvə görüşü başlayacaq.
Senzor.az bildirir ki, tədbir iki gün davam edəcək.
Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.