Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şakir Özkan Torunları Türkiyənin İsraildəki səfiri təyin edib.
Təyinat qərarı Prezident R.T.Ərdoğanın imzası ilə “Resmi Gazete”də dərc olunub.
Şakir Özkan Torunlar 2017-2021-ci illərdə Hindistanda səfir olub.
2021-ci ildən Xarici Siyasət Məsləhət Şurasının üzvü olan diplomat ingilis və fransız dillərini bilir, ailəlidir və bir övladı var.
Xatırladaq ki, bundan əvvəl, İsrail Ankaradakı sabiq müvəqqəti işlər vəkili İrit Lillianı Türkiyədə səfir vəzifəsinə təyin edib.
İsraillə Türkiyə arasında münasibətlər 2010-cu ildə Türkiyədən Qəzza zolağına gedən “Mavi Mərmərə” gəmisinin İsrail xüsusi təyinatlıları tərəfindən ələ keçirilməsi hadisəsindən sonra kəskin şəkildə pisləşmişdi...