ABŞ-ın Avropa Komandanlığının Strategiya, Planlaşdırma və Siyasət üzrə direktoru, general-mayor Daniel Lasika Ermənistana iki günlük səfərə gəlib.
Senzor.az bildirir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, o, İrəvanda Ermənistanın müdafiə naziri Suren Papikyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşlər keçirəcək.
Lasika sülhməramlı qüvvələrin “Zar” təlim mərkəzinin yeni kazarmalarının açılışında da iştirak edəcək.
Xatırladaq ki, tədris mərkəzi 2017-ci ilin oktyabrında açılıb. “Zar”ın tikinti işləri Amerika tərəfinin maliyyəsi ilə həyata keçirilib. Mərkəz Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı briqadasının əsas təlim bölməsinə çevrilib.