Ermənistan konstituasiyasına dəyişiklik ediləcəyi gözlənilir
TÜRKİYƏYƏ ƏRAZİ İDDİALARI ARADAN QALDIRILACAQ?

Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin mart-aprel aylarında konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirmək istəyir. 

Bunu “Past” nəşri yazıb.

Bildirilib ki, o, aidiyyəti qurumlara referenduma hazırlıq işlərinin başlaması ilə bağlı tapşırıq verib.

Qəzetin məlumatına görə, referendumun konkret olaraq nə vaxt keçiriləcəyi və dəyişikliklərin mahiyyəti hələ ki məlum deyil.

 

“Bəzi dairələr yarı-prezident idarəetmə formasına keçilməsində israr etsələr də, Nikol Paşinyan belə qərara gəlib ki, Ermənistanda parlament sistemi fəaliyyətini davam etdirməlidir”, - məqalədə vurğulanıb.

 

Məlum olduğu kimi, 2018-ci ilədək Ermənistanda prezident üsul-idarəsi olub. Həmin il ölkədə konstitusiya dəyişiklikləri üzrə referendum keçirilib və parlament idarəçilik sisteminə keçilib.

 

Gələn il konstitusiyaya dəyişiklik edilməsi real məsələdir. Ehtimal olunan dəyişikliklərlə bağlı 3 əsas ssenari var. 


 Bunlardan birincisi, idarəetmə sisteminin dəyişilməsidir. 

Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasında, regional əməkdaşlıqda maraqlı görünür. Çünki başqa yolu yoxdur. Əgər idarəçilik dəyişərsə, səlahiyyətlər prezidentin əlinə keçəcək. Doğrudur, prezident Paşinyanın hüquqi varisi olmaqla onun imzaladığı sənədləri yerinə yetirməlidir. Amma prezident bundan imtina etməsinə dair qərar da verə bilər. Bu isə əvvəlki sazişlərin Ermənistan üçün qüvvədən düşməsi demək olacaq. Əgər Paşinyan dövlətinin gələcəyini düşünürsə, buna imkan verməz. 

 

Amma bunun əksi də mümkündür. Bəlkə də, gələcək proseslərdən asılı olaraq Ermənistan baş naziri normallaşma əlaqələrini “tormozlatmaq” istəsin. Elə buna görə də referendumla prezident üsuli-idarəsinin tətbiq olunması və İrəvanın indiyədək imzaladığı sənədlərdən, o cümlədən 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli müqavilələrdən boyun qaçırması istisna deyil. Bunun olmaması üçün isə biz Ermənistana təzyiqləri artırmalı və sülh müqaviləsinin mümkün qədər tez imzalanmasına nail olmalıyıq. 

 

İkinci bir tərəfdən, bilindiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpası prosesi başlayıb. Tərəflər arasında gərginliyin əsas səbəblərindən biri də Ermənistanın konstitusiyasında Türkiyəyə ərazi iddialarının təsbit olunmasıdır. Böyük ehtimalla, bundan sonra İrəvanla Ankara arasında münasibətlər müsbət istiqamətdə davam edəcək. Elə buna görə də, ola bilsin, konstitusiyaya dəyişikliklə bağlı ehtimal edilən referendumda Türkiyəyə ərazi iddiaları aradan qaldırılacaq. Fikrimcə, ən real ehtimallardan biri budur. 

 

Düşünürəm ki, ehtimal edilən konstitusiya dəyişikliyi Ermənistan üçün müsbət nəticələnməlidir. Bu həm də İrəvanın regional siyasətinə aiddir. Bütün hallarda Ermənistan hakimiyyəti ehtiyatlı olmalı və başa düşməlidir ki, hansısa səhv qərar əks effekt verə bilər.

 

Kənan Novruzov, 

siyasi ekspert

 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.