İran Rusiyada PUA istehsal edəcək – GİZLİ RAZILAŞMA VAR İMİŞ...

İran Rusiyaya Ukrayna ilə müharibə üçün pilotsuz uçuş aparatları (PUA) istehsalına kömək edəcək.

 

Bu barədə "The Washington Post" məlumat yayıb.

 

Nəşrin yazdığına görə, kəşfiyyat məlumatlarına əsasən, İran Rusiya ilə yüzlərlə silahlı pilotsuz təyyarə istehsalına başlamaq barədə gizli razılığa gəlib.

 

Qeyd olunur ki, Rusiya və İran rəsmiləri noyabrın əvvəlində keçirilən görüş zamanı razılaşmanı yekunlaşdırıblar.

 

"Razılaşma tam yerinə yetirilərsə, Moskvanın Ukraynadakı müharibəsinə artıq həlledici dəstək verən Rusiya-İran alyansının daha da dərinləşməsi demək olacaq. Rusiya doqquz aydır davam edən müharibənin xarakterini dəyişdirən nisbətən ucuz, lakin çox dağıdıcı silah ehtiyatlarını kəskin şəkildə artıra bilər", - nəşr vurğulayıb.

 

Məlumata görə, Rusiya üçün bu saziş doqquz aylıq döyüşlərdən sonra dəqiq idarə olunan sursatlara kritik ehtiyacı ödəyə bilər. Rəsmilər bildiriblər ki, sazişlər, həmçinin İran üçün əhəmiyyətli iqtisadi və siyasi faydalar verir. Tehran Ukrayna ilə münaqişədə özünü bitərəf göstərməyə çalışsa da, İrana məxsus pilotsuz təyyarələrin Ukrayna şəhərləri üzərində peyda olması Avropadan yeni iqtisadi sanksiyalar təhdidinə səbəb olub.

 

Yeri gəlmişkən, rəsmilərin dediyinə görə, İran liderləri dronların Rusiyada yığılacağı təqdirdə yeni sanksiyalardan qaça biləcəklərinə ümid edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.