Ukraynada “Turan” türk taboru yaradıldı

Noyabrın 20-də Ukraynada “Turan” adlı türk taboru yaradılıb.

 

BASE teleqram kanalında yeni taborun videomüraciəti dərc olunub.

 

Videogörüntüdə üzərində Azərbaycan bayrağı olan hərbçi də əks olunub.

 

Müraciətdə türk xalqlarını salamlayan hərbi birləşmənin komandiri Almaz Kudabek oğlu Rusiya Prezidenti Vladimir Putinin “xüsusi əməliyyat” adı altında “türkdilli xalqlara qarşı soyqırımı törətdiyini” vurğulayıb: “Ramzan Kadırov islamın arxasında gizlənərək cihad elan edir. İslam bizim üçün müqəddəsdir, bizim müqəddəsimizlə oynamaq lazım deyil. Biz Kadırovun şeytan rejimini, Putinin imperiya rejimini məhv edəcəyik. Biz hər gün mübarizə aparacağıq, biz sizi həm daxildən, həm də xaricdən vahiməyə salacağıq. Yaşasın Turan!”.

 

Bildirilib ki, Almaz Kudabek oğlu Qırğız Respublikasının vətəndaşıdır. O, fevralın 24-dən Ukraynada Rusiyaya qarşı savaşır.

 

“Report” xatırladır ki, fevralın 24-də Ukraynada müharibə başlayandan Rusiyanın türk respublikalarının nümayəndələri ölüm sayına görə federasiyada ilk sıralardadırlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.