İspaniyanın paytaxtı Madrid şəhərində NATO Parlament Assambleyasının (PA) 68-ci sessiyası öz işinə başlayıb.
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən verilən xəbərə görə, sessiyada alyansa üzv olan 30 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edir.
Tədbir çərçivəsində Ukraynada vəziyyət, 28-30 iyun tarixlərində Madriddə keçirilmiş NATO-nun Zirvə toplantısında qəbul edilən yeni strateji konsepsiyası, NATO-nun müdafiə və çəkindirmə siyasəti, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi kimi mövzular müzakirə edilir.
Sessiyada NATO Baş katibi Yens Stoltenberqin çıxışı nəzərdə tutulur. Tədbirdə Azərbaycanın NATO yanında Nümayəndəliyinin və Milli Məclisin nümayəndələri iştirak edir.