NATO PA Rusiyanı terrorçu dövlət kimi tanıdı - QƏTNAMƏ

NATO Parlament Assambleyası (PA) Rusiyanı terrorçu dövlət kimi tanıyıb və rusiyalıların cəzalandırılması üçün xüsusi beynəlxalq tribunal yaratmağa çağırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyası “Telegram”da məlumat verib.

 

“NATO-nun bütün 30 ölkəsi nümayəndə heyətimizin təklifini dəstəkləyib. Belə bir tribunal təkcə   hərbi cinayətkarların birbaşa iştirakçılarını deyil, həm də Rusiyanın ali rəhbərliyini mühakimə etməyə imkan verəcək. Qətnamə NATO-ya bütün üzv ölkələrin hökumətlərinə və parlamentlərinə göndəriləcək”, – deyə Ukraynanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri bildirib.

 

Onun sözlərinə görə, NATO PA-nın qətnaməsi Ukraynaya silah tədarükünün artırılması, Ukraynanın NATO-ya üzv olması üzrə konkret addımların işlənib hazırlanması və Ukraynaya vurulmuş zərərə görə Rusiyadan reparasiyaların alınması mexanizminin yaradılması üçün önəmlidir.

 

Bundan başqa, qətnamədə NATO-nun Ukraynanı lazım olduğu qədər dəstəkləyəcyinə dair Alyansın mövqeyi təsbit edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.