Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarının sammitində iştirak etmək üçün İrəvana gəlib.
Senzor.az erməni mətbuatına istinadən bildirir ki, Rusiya Prezidentini Zvartnots hava limanında Ermənistanın baş naziri Nikol Paşinyan qarşılayıb.
Sonra onlar KTMT sammitinin keçirildiyi məkana gəliblər.
Rusiya Prezidenti sammitdə çıxış edib. O, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmasının mümkün olduğunu bildirib.
"Ümid var ki, nəticədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq mümkündür", - Putin vurğulayıb.