Tramp Folklend məsələsində Britaniyaya dəstək verməyəcəyinə işarə edib

ABŞ Prezidenti Donald Tramp Argentina ilə Folklend adaları ətrafında suverenlik mübahisəsinin dərinləşdiyi bir vaxtda Argentinanın adalara mümkün müdaxiləsi halında Böyük Britaniyaya dəstək verməyəcəyinə işarə edib.

 

D.Tramp “GB News” telekanalına müsahibəsində Argentinanın Folklend adalarına yenidən müdaxilə edəcəyi təqdirdə ABŞ-nin Böyük Britaniyaya yardım edib-etməyəcəyi ilə bağlı suala cavab verib.

 

“Ölkəniz mənə kömək etmək üçün yanımda olmadı”, – deyə ABŞ Prezidenti bildirib. Tramp bununla Böyük Britaniyanın İranla müharibədə ABŞ-a kifayət qədər dəstək vermədiyini nəzərdə tutub. ABŞ Prezidenti xatırladıb ki, 1982-ci ildə Argentina ilə Böyük Britaniya arasında Folklend adaları uğrunda baş vermiş müharibəni yaxından izləyib və Britaniyanın həmin dövrdəki fəaliyyətini yüksək qiymətləndirib.

 

Bununla yanaşı, Tramp hazırda Böyük Britaniyanın əvvəlki illərlə müqayisədə fərqli vəziyyətdə olduğunu söyləyib.

 

“Folklend məsələsi çox maraqlıdır, amma ölkəniz 20-25 il əvvəlki ölkə deyil”, – deyə o qeyd edib.

 

Azertag.az xatırladır ki, Tramp daha əvvəl ABŞ-ın Folklend adaları üzərində Britaniyanın suverenliyinə dair mövqeyini nəzərdən keçirdiyini bildirmişdi. Folklend adaları üzərində suverenlik Böyük Britaniya ilə Argentina arasında uzun illərdir mübahisə mövzusudur. 1982-ci ildə Argentina adalara qoşun yeritdikdən sonra iki ölkə arasında təxminən 10 həftə davam edən müharibə baş verib. Münaqişə Britaniyanın qələbəsi ilə başa çatıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.