Lukaşenko: “Minskin KTMT-dəki prioriteti Bakı ilə İrəvan arasında münaqişənin həlli olacaq”

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi dövründə prioritetlərindən biri Azərbaycan və Ermənistan arasında münaqişənin həlli olacaq.

 

O, bunu çərşənbə günü KTMT Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda keçirilən məhdud formatdaki sessiyasında deyib.

 

“Müəyyən ciddi nüanslar var, amma biz yenidən alovlana biləcək bu münaqişəni indi əsaslı şəkildə həll edə bilərik”, - deyə dövlət başçısı bəyan edib.

 

Bununla belə, o qeyd edib ki, hadisələrin bu cür inkişafı, ilk növbədə yalnız Ermənistan və təbii ki, Azərbaycan rəhbərliyinin istəyi ilə mümkün olacaq.

 

“Bu, Belarusun sədrliyinin prioritetlərindən biridir. Biz buna göz yummamalıyıq. Bu problemi həll edə bilsək də, edə bilməsək də, münaqişə KTMT-nin diqqət mərkəzində olmalıdır”, - Lukaşenko vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.