Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün daha dörd oyun keçiriləcək.
Senzor.az bildirir ki, ilk oyun Bakı vaxtı ilə saat 14:00-da G qrupunda İsveçrə və Kamerun milliləri arasında olacaq. Qrupun Braziliya və Serbiya yığmaları arasında baş tutacaq digər oyunu isə 23:00-da start götürəcək.
H qrupunda saat 17:00-da Uruqvay və Cənubi Koreya milli komandaları üz-üzə gələcəklər. Saat 20:00-da isə Portuqaliya və Qana oyunu başlayacaq.
DÇ-2022
24 noyabr
G qrupu
14:00. İsveçrə - Kamerun
Baş hakim: Fakundo Telyo (Argentina)
“Əl-Canub” stadionu
23:00. Braziliya - Serbiya
Baş hakim: Alireza Faqani (İran)
“Lusail” stadionu
H qrupu
17:00. Uruqvay - Cənubi Koreya
Baş hakim: Kleman Türpen (Fransa)
“Edyukeyşn Siti” stadionu
20:00. Portuqaliya - Qana
Baş hakim: İsmail Elfat (ABŞ)
“Stadiium 974” arenası.
Xatırladaq ki, futbol üzrə dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.