Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə Transxəzər dəhlizi üzrə
YOL XƏRİTƏSİ QƏBUL ETDİLƏR

Cümə günü Aktau şəhərində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının görüşü  Transxəzər dəhlizinin  Yol Xəritəsinin qəbulu ilə başa çatıb.

 

Senzor.az-ın məlumatına görə, tərəflər beynəlxalq nəqliyyat marşrutlarının sürətləndirilmiş inkişafı və Xəzər-Qara dənizi regionunda əməkdaşlığın möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə ediblər.

 

Qazaxıstan nümayəndələri Xəzər regionunun tranzit-nəqliyyat potensialının artırılması və infrastrukturunun inkişafı zərurətini qeyd ediblər. Transxəzər dəhlizinin potensialının artırılması üçün konkret qərarların qəbul edilməsi təklif olunub.

 

Tədbirin yekunlarına görə, tərəflər 2022-2027-ci illər üçün problemlərin aradan qaldırılması və "Orta dəhliz"in inkişafı üzrə Yol Xəritəsini imzalayıblar.

 

Razılaşmaların həyata keçirilməsi 2025-ci ilə qədər Transxəzər dəhlizinin buraxılış qabiliyyətini ildə hazırki 1,5 mln. tondan 10 mln. tona qədər artırmağa imkan verəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.