Qazaxıstan Prezidenti Moskvaya gedib
PUTİNLƏ GÖRÜŞƏ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya rəsmi səfəri başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

“Sabah Moskvada dövlət başçıları arasında danışıqlar baş tutacaq”, - mətbuat xidməti bildirib.

  

Xatırladaq ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Tokayev 69,44 faiz seçici fəallığının olduğu seçkilərdə 81,31 faiz səslə qalib gəlib. Noyabrın 26-da isə Qazaxıstan liderinin andiçmə mərasimi olub.

 

Yeri gəlmişkən, K.J.Tokayev üçün bu, dövlət başçısı vəzifəsinə yenidən seçildikdən sonra ilk xarici səfərdir.

 

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl məlumat vermişdi ki, iki dövlət liderləri Moskvadan videokonfrans vasitəsilə Orenburqda keçiriləcək iki ölkə arasında regionlararası əməkdaşlıq forumunun iştirakçılarına müraciət edəcəklər.

 

Liderlər mətbuata birgə bəyanatla çıxış edəcək, danışıqlar aparacaq, bundan sonra işçi səhər yeməyi formatında ünsiyyəti davam etdirəcəklər. Sonda iki dövlət arasında sənədlər imzalanacaq.

 

Onu da qeyd edək ki, Tokayev yenidən prezident seçildikdən sonra ölkə hakimiyyətinin milli maraqların qorunmasına yönəlmiş balanslaşdırılmış, konstruktiv xarici siyasəti davam etdirəcəyini bəyan edib və o, Rusiya və Çinlə əməkdaşlığı respublika üçün prioritet adlandırıb.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.