“AHK Azərbaycan”ın rəhbəri: “Qarabağda aparılan işlər heyranlıq doğurur"

“Qarabağın bərpası istiqamətində aparılan işlər heyranlıq doğurur”.


Bunu Alman-Azərbaycan Ticarət Palatasının (“AHK Azərbaycan”) icraçı direktoru Tobias Bauman "Azərbaycan bazarının təhlili 2022-2023" (Market Analysis Azerbaijan) nəşrinin təqdimatında deyib.


Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın qarşısında duran böyük vəzifədir və bu sahəyə külli miqdarda vəsait ayrılır: "Qarabağda gördüklərimiz böyük heyranlıq doğurur. Burada hava limanları tikilir, yollar, şəhərlər salınır və bütün bu işlər “sıfırdan” edilir".


O bildirib ki, Azərbaycanda qeyri-neft sektoruna investisiyaların artmasına baxmayaraq, neft və qaz iqtisadi inkişafın aparıcı sektorları olaraq qalır.


T.Bauman Azərbaycanda tikinti, nəqliyyat sektorlarının da inkişaf etdiyini vurğulayıb: “Bakıda infrastrukturun necə inkişaf etdiyinə nəzər saldıqda, ölkədə bu sahəyə xüsusi diqqət ayrıldığı dərhal aydın olur. Azərbaycanda sürətlə inkişaf edən sahələrdən biri də nəqliyyat sektorudur".("Report")






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.