Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşada baş tutan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Bu barədə nazir tviter səhifəsində yazıb.
Onun sözlərinə görə, görüş zamanı iki ölkə arasında gündəlikdə duran məsələlər və gələcək addımlar müzakirə olunub:
“Hər zaman bir yerdə, bir millət iki dövlət”, - nazir tviterdəki səhifəsində yazıb.
Qardaş Türkiyənin xarici işlər naziri @MevlutCavusoglu ilə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində görüşdük. Ölkələrimiz arasında gündəlikdə duran məsələlər və gələcək addımlarımızı müzakirə etdik. Hər zaman bir yerdə, #BirMillətİkiDövlət 🇦🇿-🇹🇷 pic.twitter.com/5xDhmXTeNU
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) November 30, 2022