“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Dadaşev Emil Ələkbər oğlu, Əzimov Ədalət Əzim oğlu və Mirzəyev Elçin Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Hər 3 şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarış elan edilib.
30 noyabr 2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə qeyd edilən şəxslər Rusiyadan Azərbaycana gətiriliblər.