Milli Məclisdə Rusiya sərt tənqid olundu - “HƏR ADDIMINA ADEKVAT CAVAB VERMƏLİYİK”

Milli Məclisdə Rusiya və onun xarici işlər naziri Sergey Lavrov tənqid olunub.

 

Senzor.az bildirir ki, bu gün keçirilən plenar iclasda Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Rusiya xarici işlər nazirinin Azərbaycanla bağlı çıxışını pisləyib.

 

“Rusiya XİN başçısı çıxış edərkən erməni yanğısını göstərir. Gah deyir ki, onlar vaxtında ermənilərə təklif verdilər, dəyərləndirilmədi, gah mərhələli, gah da Madrid prinsiplərindən danışır. Ermənistan rəhbərliyi son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışır. Xarici işlər naziri belə çıxış edər? 

 

Soçi görüşündə də bu mövzunu salmaq istəyirdiniz. Amma Azərbaycanın qətiyyətli çıxışı nəticəsındə bu mövzu ləğv olundu. Suyunuz süzülə-süzələ qayıtdınız. Rusiya deyir ki, xəritələr tək bizdədir. O zaman niyə dayanırsız? Verin xəritələri, çıxarın qoyun ortaya, nəyi gizlətmək istəyirsiz? Bu gün Rusiyanın Müdafiə, Xarici işlər nazirlikləri, mediası tərəfindən Azərbaycana qarşı qərəzli çıxışlar edilir. Biz indidən Rusiyanın hər addımına cavab verməliyik, sonradan deməyək ki, bu ölkə niyə belə elədi. Hər addımına qarşı adekvat cavab verməliyik” - deyə deputat vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.