Türkmənistan-Azərbaycan-Türkiyə üçtərəfli sammitinin vaxtı məlum oldu

Dekabrın 13-14-də Türkmənbaşı şəhərində yerləşən "Avaza" milli turizm zonasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun iştirakı ilə üçtərəfli sammit keçiriləcək.

 

Bu barədə Türkmənistan televiziyası məlumat yayıb.

 

Sammitin keçirilməsi ilə bağlı qərarı Türkmənistan Prezidenti imzalayıb.

 

Sənədə əsasən, Prezident Administrasiyasına ölkənin Xarici İşlər Nazirliyi ilə birlikdə yüksək səviyyədə üçtərəfli zirvə görüşünün keçirilməsinin təşkil etmək tapşırılıb.

 

Məlumata görə, görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Həmçinin üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq.

 

Qeyd edək ki, noyabrın 28-də Ankarada Türkiyə və Türkmənistanın xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında siyasi məsləhətləşmələr keçirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.