İsrail Prezidenti İsxak Hersoq Bəhreynə səfərə yola düşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, İsrail Prezidentini Manamada Bəhreynin xarici işlər naziri Əbdüllətif Rəşid əl-Zəyani qarşılayacaq. Daha sonra Prezident Kral sarayına gedəcək və burada naharda Kral Həməd İbn İsa əl-Xəlifə ilə görüşəcək.
Günün ikinci yarısında İsxak Hersoq yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək və Bəhreyn İqtisadi İnkişaf Təşkilatının iclasında iştirak edəcək. Prezidentlə birlikdə İnnovasiyalar Departamentinin, İxrac İnstitutunun nümayəndələri və iş adamları da Bəhreynə gediblər.
Səfər iştirakçıları İsraillə münasibətlərin normallaşmasına qarşı çıxan və “İsrailə ölüm” qışqıran anti-İsrail nümayişləri fonunda baş verir.
Məlumatda o da qeyd olunur ki, bu, İsrail Prezidentinin bu Yaxın Şərq ölkəsinə ilk dövlət səfəridir.
Senzor.az