Türkmənistan Prezidenti və Qətər Əmiri dövlətlərarası əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Qətərin paytaxtı Dohada Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında dövlətlərarası əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub.


“Report” xəbər verir ki, onların görüşü bu günlərdə dünya çempionatının oyunlarının keçirildiyi “Xəlifə” stadionunda mötəbər qonaqlar üçün zalda baş tutub.


Prezident Sərdar Berdiməhəmmədovu salamlayan Qətər Əmiri ölkəsinə səfər dəvətini qəbul etdiyinə görə Türkmənistan rəhbərinə minnətdarlığını bildirib və bu səfəri ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsinə sübut kimi qiymətləndirdiyini vurğulayıb.


2022-ci il futbol üzrə dünya çempionatı zamanı Qətərə səfərə dəvətə, eləcə də səmimi qəbula görə təşəkkür edən S.Berdiməhəmmədov Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarını çatdırıb.


Türkmənistanın Milli Olimpiya Komitəsinin rəhbəri olan Prezident Sərdar Berdiməhəmmədov Yaxın Şərqdə tarixdə ilk dəfə keçirilən Dünya Kubokunun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və ilin bu böyük idman tədbirinin idmanın təbliğinə layiqli töhfə verəcəyinə əminliyini bildirib.


“Bu turnirin Qətərdə keçirilməsi ölkənizin idmanın inkişafına verdiyi böyük töhfənin əyani sübutudur”.


Dialoqun davamında Türkmənistan nümayəndə heyətinin Qətərə budəfəki səfərinin iki ölkə arasında əlaqələrin daha da inkişafına xidmət edəcəyinə qəti əminlik ifadə olunub.


Həmsöhbətlər qarşılıqlı anlaşma əsasında fəal inkişaf edən dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəsinin yaradılmasına, eləcə də iki dost ölkənin dünyanın geosiyasi və geoiqtisadi məkanında mövqelərinin möhkəmləndirilməsinə qarşılıqlı istəyi məmnunluqla qeyd ediblər.


İqtisadi və mədəni əməkdaşlığın perspektivlərindən danışan Türkmənistanın başçısı və Qətər Əmiri tərəfdaşlığın böyük potensialını və bunu hər iki ölkənin mənafeyi naminə həyata keçirməyə qarşılıqlı hazır olduqlarını vurğulayıblar.


Ticarət-iqtisadi və yanacaq-energetika sahələri əməkdaşlığın prioritet və ən perspektivli istiqamətləri sırasında qeyd olunub. Bu sənayelər nəhəng karbohidrogen ehtiyatlarına malik olan iki ölkənin iqtisadiyyatında əsas yer tutur.


Görüşün sonunda Türkmənistan Prezidenti ikitərəfli münasibətlərin inkişafına göstərdiyi diqqətə görə Qətər Əmirinə səmimi təşəkkürünü bildirib və dünya çempionatının yüksək təşkilati səviyyədə keçirilməsini arzulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.